"Əsas məsələ odur ki, 3 xal qazandıq" - Zlatko Daliç

10:13 22 Mart 2019

“Azərbaycan millisi çox motivasiyalı idi. Oyunun əvvəlində çoxlu qol epizodu yarada bilmədik. Seçmə mərhələnin əvvəlində vacib 3 xal qazandıq. Oyunçularımı qələbə münasibətilə təbrik edirəm. Azarkeşlərə dəstəklərinə görə minnətdaram".

 

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, bunu Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç millimizə 2:1 hesabı ilə qalib gəldikləri Avro-2020-nin seçmə qrup oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

 

53 yaşlı mütəxəssis bildirib ki  indi onları Macarıstanla səfər oyunu gözləyir: "Bu, seçmə mərhələnin əvvəlidir, qarşıdakı oyunlarda daha güclü olacağıq. Bir qədər səbrli olmalıyıq. Əsas odur ki, 3 xal qazandıq”.


Digər xəbərlər

Xəbər xətti