15 yaşlı qıza təcavüz edən futbolçuya ŞOK CƏZA

00:43 24 Mart 2019

"Mançester Siti", "Sanderlend", "Lids" kimi klublarda çıxış etmiş Adam Conson həbsdən çıxıb. 

 

Sportarena.az xəbər verir ki, 2016-cı ildə həbs olunan və 2022-ci ilə qədər cəza alan İngiltərə millisinin sabiq üzvü şərti olaraq azadlığa buraxılıb. 

 

15 yaşlı qıza təcavüz etməkdə ittiham olunan Adama daha bir cəza verilib. Belə ki, futbolçu bundan sonra qızını tək görə bilməyəcək. Onunla qızının yanında görüş zamanı mütləq üçüncü şəxs olacaq.

 

Qeyd edək ki, Conson "Sanderlend" azarkeşi olan 15 yaşlı qıza təcavüz etmişdi. Bundan əlavə 31 yaşlı futbolçunun bir neçə 18+ sayta abunə olduğu da ortaya çıxmışdı.


Digər xəbərlər

Xəbər xətti