"Qəbələ" Topaz Premyer Liqasında yaranmış fasilə dövründə hazırlığını davam etdirir.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar" məşqlərini Bakıda Biləcəri Futbol Mərkəzində davam etdirir. Futbolçular məşq prosesində əsasən toplu çalışmalar yerinə yetirirlər. Azərbaycanın U-21 və U-19 milli komandalarına dəvət alan oyunçular məşq prosesinə qatılmayıb. Bunlar Murad Popov, Amin Seydiyev, Rüstəm Nuriyev, Rövlan Muradov və Samir Qurbanovdu.
"Qəbələ" fasilə dövründə yoxlama oyunu keçirəcək. "Qırmızı qaralar" martın 25-də "Sumqayıt"la görüşəcək. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında olacaq matç saat 16:00-da start götürəcək.