Uels millisinin futbolçusu Qaret Beyl "AVRO-2020"nin seçmə mərhələsindən danışıb.
Sportarena.az xəbər verir ki, millimizin də yer aldığı E qrupunda mübarizə aparacaq komandanın lideri iddialı açıqlamalar verib.
"Real”ın hücumçusu seçmə mərhələni lider kimi başa vurmaq istədiklərini bildirib: "Seçmə mərhələni lider kimi başa vurmaq istəyirik. Bizə problem yaradacaq səbəb görmürəm. Adətən bizi uğursuz adlandırırlar. Amma bukmekerlər heç də həmişə düzgün olmur. Hədəfimiz seçmə mərhələni qrup lideri kimi başa vurmaqdı. Bəli, Slovakiya və Xorvatiya artıq ilk qələbələrini qazanıblar. Amma bu, heç nəyi dəyişmir. Asan qrupda deyilik, böyük turnirlərə çıxmaq çətindir. Lakin biz buna hazırıq”.
Qeyd edək ki, Xorvatiya ilk turda millimizi məğlub edib (2:1). Uels isə bu gün seçmə mərhələdə ilk oyununa çıxacaq. Rayan Giqqzin komandası evdə Slovakiya ilə qarşılaşacaq.