Millimiz ərəblərə məğlub oldu

10:00 25 Mart 2019

Bakıda təlim-məşq toplanışında olan 2001-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyununu keçirib.


Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Dalğa Arena"da Birləşmiş Ərəb Əmirliklərinin müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan komandamız rəqibinə 0:1 hesabı ilə uduzub.


Xatırladaq ki, bu komandalar arasında martın 22-də keçirilən ilk oyun 1:1 hesabı ilə nəticələnmişdi.


Digər xəbərlər

Xəbər xətti