Azərbaycan milli komandası bu gün növbəti oyununa çıxacaq.
Sportarena.az xəbər verir ki, martın 21-də "AVRO-2020"nin seçmə mərhələsinin ilk oyununda Xorvatiyaya 1:2 hesabı ilə yenilən millimiz bu dəfə yoldaşlıq oyunu keçirəcək və doğma meydanda Litva ilə qarşılaşacaq. Bu millimizin yeni baş məşqçisi Nikola Yurçeviç üçün ikinci sınaq olacaq.
Yoldaşlıq oyunu
25 mart
18.00 Azərbaycan - Litva 0-0
Hakimlər: Feşnik Horatiu, Avram Valentin, Çerey Aleksandru (Rumıniya), Orxan Məmmədov (Azərbaycan).
"Bakcell Arena".