Xorvatiyalı məşqçi Bakıdakı əlillər üçün pansionatda - FOTOLAR

12:43 25 Mart 2019

AFFA-nın əməkdaşları, Azərbaycan milli komandasının xorvatiyalı baş məşqçisi Nikola Yurçeviç, millinin üzvləri Maksim Medvedev, Qara Qarayev, Emin Mahmudov, Ramil Şeydayev, Səlahət Ağayev, Bədəvi Hüseynov və Mahir Mədətov Novruz Bayramı münasibəti ilə Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatı ziyarət edib, AFFA-nın hədiyyələrini təqdim ediblər.

 

Sportarena.az xəbər verir ki, Yurçeviç əlillərə televizor və Novruz Bayramı şirniyyatları hədiyyə edib.Pansionat sakinləri göstərilən diqqətə görə AFFA-ya və milli komandanın üzvlərinə minnətdarlıq edib, millimizə uğurlar arzulayıblar.



Digər xəbərlər

Xəbər xətti