Portuqaliya millisi ağır itki ilə üzləşib.
Sportarena.az xəbər verir ki, "AVRO-2020"nin seçmə mərhələsində Serbiyanı qəbul edən Portuqaliyada Kriştiano Ronaldo zədələnib.Qarşılaşmanın 28-ci dəqiqəsində zədə alan "Yuventus"un ulduzu oyunu davam etdirə bilməyib. Onun əvəzinə 31-i dəqiqədə Rizzi meydana daxil olub.
Ronaldonun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.