Millimizin baş məşqçisi darmadağından danışdı: "Turniri belə bitirməməliydik”

11:35 27 Mart 2019

Avropa çempionatının elit-raund mərhələsində Rumıniya yığması ilə keçirilən oyundan sonra 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Vüqar Məmməd açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, o, 0:4 hesablı məğlubiyyəti belə şərh edib:

 

"Komanda psixoloji cəhətdən çox yorğun idi. Zədəli və cəzalı oyunçularımızın olması işimizi çətinləşdirmışdi. Belə demək mümkünsə, bu gün hər şey bizim əleyhimizə idi. Turniri belə bitirməməliydik”.


Digər xəbərlər

Xəbər xətti