Ramil Şeydayev: "Modriçə qarşı oynamaq qiymətsiz təcrübədi"

10:27 28 Mart 2019

"Xorvatiyaya qarşı yaxşı oynadığımızı düşünürəm. Rəqibi əks-hücumlarda tuturduq. Yalnız ona təəssüflənirəm ki, heç-heçəni qoruya bilmədik. Hərçənd, buna çox yaxın idik. Amma istənilən halda, Zaqrebdəki matçımızı müsbət dəyərləndirmək olar. Açığı, oyundan əvvəl həyəcan var idi. Xorvatiyanın ulduzlardan ibarət komandası var. Tam qüvvəmizi ortaya qoymalı olduq. Latviya ilə yoldaşlıq görüşünə isə yorğun çıxmışdıq. Bir neçə imkanı əldən verdik və heç-heçə etdik - 0:0".

 

Sportarena.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev deyib. 

 

"Sovetskiy Sport"a müsahibə verən 23 yaşlı hücumçu "Əvvəllər Luka Modriçə simpatiya bəslədiyinizi etiraf edirdiniz. Öz kumirinizə qarşı oynamaq necə idi" sualına belə cavab verib: "Əlbəttə, onunla eyni meydana çıxmaq xoş idi. O, ötən mövsümün yekununda "Qızıl top"u təsadüfi almayıb. Böyük usta olduğu oyun zamanı dərhal hiss olunur. Belə rəqiblə qarşılaşdıqda özün idmançı kimi inkişaf edirsən. Bu, qiymətsiz təcrübədir. Yeri gəlmişkən, özüm "Real"a azarkeşlik edirəm. Təkcə Modriçə görə yox. Luka "Tottenhem"də oynadığı vaxt həmişə "Arsenal"a simpatiya bəsləyirdim".

 

Ramil qrupdan çıxmaq uğrunda mübarizə aparacaqlarını bildirib: "Hesab edirəm ki, mümkünsüz heç nə yoxdur. Baxın, seçmə mərhələlərdə nə qədər sensasiya, maraqlı süjetlər baş verir. Çox bərabər qrupumuz var - Macarıstan, Uels, Slovakiya... Amma biz ikinci yer uğrunda mübarizə aparmağa çalışacağıq".


Digər xəbərlər

Xəbər xətti