Futzal üzrə Azərbaycan millisi yoldaşlıq görüşləri keçirəcək.
Sportarena.az xəbər verir ki, bu barədə məlumatı AFFA rəsmi saytı vasitəsilə yayıb.Belə ki, komandamız apreldə 4 yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Yığmamız ayın 8-də və 9-da Bakıda, 10-dan 12-dək Latviyada, 13-dən 17-dək isə Serbiyada təlim-məşq toplanışı olacaq.
Hazırlıq prosesi çərçivəsində futzalçılarımız aprelin 11-də və 12-də Latviya, 15-də və 16-da isə Serbiya yığması ilə yoldaşlıq oyunları keçirəcək.