Roberto Bordin İtaliyada işləmək istəyir

14:16 28 Mart 2019

"Neftçi”nin baş məşqçisi Roberto Bordin İtaliyada işləmək istəyir.

 

Sportarena.az xəbər verir ki, italiyalı mütəxəssis bu barədə "Tutto Cesena” portalına müsahibəsində deyib:

 

"İtaliyada işləmək istərdim. Ancaq indi Azərbaycanda xoşbəxtəm və buradakı inkişafımdan razıyam. Bir neçə ildi baş məşqçi işləyirəm və bunu ölkə xaricində edirəm. İki dəfə Moldova çempionu olmuşam və ölkə kubokunu qazanmışam. Həmçinin "Şerif”lə Avropa Liqasının qrup mərhələsində çıxış etmişəm. Hazırda Bakının "Neftçi” komandasına rəhbərlik edirəm”.

 

Qeyd edək ki, R.Bordin ötən ilin yayından "Neftçi”yə rəhbərlik edir. Paytaxt təmsilçisi Premyer Liqada 21 turdan sonra 45 xalla "Qarabağ”la şərikli liderdir. 


Digər xəbərlər

Xəbər xətti