Argentinalı hücumçu Qonzalo İquayn milli komandadakı karyerasını bitirib.
Sportarena.az xəbər verir ki, bu barədə “Goal.com” məlumat yayıb.
Qeyd edək ki, 31 yaşlı hücumçu sonuncu dəfə ötən ilin iyununda dünya çempionatında Argentina millisinin formasını geyinib. O, millinin heyətində ümumilikdə 75 oyunda 31 qol vurub.