19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığması Avropa çempionatının əsas mərhələsində bu gün son oyununu keçirib.
Sportarena.az xəbər verir ki, komandamız son sınağında Sloveniya yığması ilə qarşılaşıb. Görüş Bakı vaxtı ilə saat 21.00-da başlayıb.Qrupun digər oyununda isə Hollandiya və Cənubi Kipr milliləri üz-üzə gələcəklər.
Qeyd edək ki, yığmamız qrupdakı ilk oyunda Cənubi Kiprə 1:7, Hollandiyaya isə 1:6 hesabı ilə uduzub.
Avropa çempionatı
Əsas mərhələ
30 mart
21.00. Azərbaycan - Sloveniya 1-9
Hakimlər: DamianYaruçevits (Polşa), İvo Tsenov (Bolqarıstan), Marko Rothenflu (İsveçrə).
Podçetrtek İdman Sarayında.