Eltac Səfərli Avropa çempionatında 11-ci oldu

13:22 30 Mart 2019

Makedoniyanın paytaxtı Skopye şəhərində keçirilən şahmat üzrə şəxsi Avropa çempionatı başa çatıb.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan şahmatçısı Eltac Səfərli 11 turdan 8 xal yığaraq 11-ci pillədə qərarlaşıb. O, bu nəticə ilə Avropa çempionundan cəmi yarım xal geri qalıb.Avropa çempionu adına 8,5 xalla rusiyalı Vladislav Artemyev layiq görülüb. Onunla eyni xalı toplayan İsveç təmsilçisi Nils Qrandelius ikinci pillədə qərarlaşıb. Polşalı Katsper Piorun isə 8 xalla üçüncü olub.

 

Çempionatda digər təmsilçilərimiz Rauf Məmmədov, Ülvi Sadıqov hərəyə 6 xal, Məhəmməd Muradlı 5,5 xal, Kənan Qarayev, Abdulla Qədimbəyli hərəyə 5 xal, Cahandar Azadəliyev 4 xal toplayıblar.


Digər xəbərlər

Xəbər xətti