Aftandil Hacıyev: "Essyen istədiyimiz formada deyil"

18:25 30 Mart 2019

"Gözlədiyimiz kimi hər oyun gərgin keçir. Maraqlı oyun alındı. Planlaşdırdıqlarımı reallaşdırmağa çalışdıq". 

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Topaz Premyer Liqasının XXII turunda səfərdə "Zirə"ni 2:1 hesabı ilə məğlub etdikləri matçdan sonra deyib.

 

Baş məşqçi oyunla bağlı fikirlərini bildirib: "İlk hissəni epizodlara görə aktivimizə yazmaq olar. Fasilədən sonra çətin olacağını bilirdik. Futbolçular xarakter göstərdilər. Qələbə qazandıq və oyunçularımızı təbrik edirəm. Bundan sonra hər xal bizim üçün çox qiymətlidi. Qarşıda çətin oyunlar var. "Zirə" beş oyun uduzmurdu. Rəqibə uğurlar arzulayıram".

 

Baş məşqçi yeni transfer Maykl Essyeni meydana buraxmamasının səbəbini açıqlayıb: "Azarkeşlərin onun meydana çıxmasını gözlədiyini bilirəm. Planda da vardı. Oyunun gedişatından çox şey asılı idi. Ancaq bugünkü oyun göstərdi ki, hələ mümkün deyil. Qarşıdakı oyunlarda ona şans verə bilərik. Tanınmış futbolçudu, amma istədiyimiz formada deyil. Azarkeşlərimizə də təşəkkür edirəm".


Digər xəbərlər

Xəbər xətti