Emin Mahmudov: "Yaxşı olar ki, bunu AFFA-dan soruşasız" - MÜSAHİBƏ

10:00 31 Mart 2019

"Neftçi”nin kapitanı Emin Mahmudov "Keşlə” üzərində qazanılan 1:0 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, yeganə qolu penaltidən vuran yarımmüdafiəçi öncə qarşılaşmanı dəyərləndirib:

 

"Burda oynamaq həmişə çətindi. "Qarabağ” da asan qələbə qazanmamışdı. Bizim oyun tərzimizə yad olan uzun ötürmələrdən istifadə etdik. Əsas odur ki, sonda qələbə qazandıq”.

 

-"Keşlə”yə qarşı asan olmadığını deyirsən. Ancaq bu rəqib bu mövsüm sizə qarşı keçirdiyi bütün oyunlarda məğlub olub: 4 görüş – 4 yenilgi...

-Belə olsa da, heç biri asan keçməyib.

 

-Son vaxtlar Litva ilə Bakıdakı son yoldaşlıq görüşündəki "quru” heç-heçəyə görə oyunçulara mükafat verilməsi müzakirə olunur. Bu haqda nə düşünürsən?

- Mükafat? Nəsə deyə bilmərəm. Yaxşı olar ki, bunu AFFA-dan soruşasız.

 

-Həmin oyunda futbolkanın arxasına soyadın səhv yazılmışdı. Narazılıq bildirdin?

-Fikir vermədim. Elə bir oyunçu tanımıram ki, oyuna çıxanda formasının arxasını oxusun, soyadının necə yazıldığını diqqətdən keçirsin. Bunu böyük problem saymıram.

 

-Yaxşı, millinin yeni çalışdırıcısı Nikola Yurçeviçin rəhbərliyi altında ilk toplanış necə idi?

-Yeni baş məşqçi ilə yeni ümidlər yaranıb. Nəticə verməyə çalışacağıq. Hər mütəxəssisin öz tələbləri var.


Digər xəbərlər

Xəbər xətti