Rusiya Premyer Liqasında 21-ci turun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi "Spartak" səfərdə "Axmat"a 3:1 hesabı ilə qalib gəlib.Quliyev qarşılaşmaya start heyətdə başlayıb və sonadək oynayıb. 22 yaşlı yarımmüdafiəçi 90-cı dəqiqədə sarı vərəqə alıb.
"Axmat" - "Spartak" - 1:3
Qollar: Bekim Balay, 9 - Luis Adriano, 9 (pen.), 68, Denis Qluşakov. 90