Premyer Liqanın 22-ci turunda "Neftçi" ilə matçda qolundan zədələnən "Keşlə"nin qapıçısı Kamran Ağayevin zədəsi ciddidir.
Sportarena.az futbol11.az-a istinadən xəbər verir ki, 33 yaşlı qolkiper uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. Sol qolundan zədə alan qolkiper dərhal MRT müayinəsindən keçib. Həkimlər əlcək sahibinə 4 ay məşq etməməyi tapşırıblar.
Kamran Ağayev əməliyyat olunacaq.