Almaniya 3-cü Liqasında 31-ci turun oyunları davam edir.
Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” səfərdə "Vürzburqer Kikers"lə qarşılaşıb. Münster klubu bu oyundan məğlubiyyətlə ayrılıb - 2:3
Millimizin düşərgəsindən qayıdan Rüfət bu görüşü ehtiyat oyunçular skamyasından izləyib.