Rəcəbov Lirenə, Məmmədyarov Ananda qarşı

13:30 2 Aprel 2019

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" superturnirində bu gün III turun görüşləri keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov ağ, Şəhriyar Məmmədyarov qara fiqurlarla oynayacaq. Rəcəbov liderlər qrupunda yer alan çinli Dinq Lirenlə üz-üzə gələcək. Məmmədyarov isə son pillələrdə olan hindistanlı eks-dünya çempionu Vişvanatan Anandla gücünü sınayacaq.

 

"ShamkirChess 2019"
III tur
2 aprel

Sergey Karyakin (Rusiya) - Veselin Topalov (Bolqarıstan) 
David Navara (Çexiya) - Maqnus Karlsen (Norveç)
Teymur Rəcəbov (Azərbaycan) - Dinq Liren (Çin)
Alekandr Qrişuk (Rusiya) - Aniş Giri (Hollandiya) 
Vişvanatan Anand (Hindistan) - Şəhriyar Məmmədyarov (Azərbaycan)

 

Qeyd edək ki, ilk 2 turdan sonra Karlsen, Karyakin və Liren hərəyə 1,5 xalla ilk 3 pillədə yer alıblar. Topalov, Navara, Məmmədyarov və Rəcəbov hərəyə 1 xalla 4 - 7-ci yerləri bölüşür. Hərəyə 0,5 xalı olan Qrişuk, Anand və Giri 8 - 10-cu yerlərdə qərarlaşıblar.


Digər xəbərlər

Xəbər xətti