PFL iki oyunun hakimini dəyişdi

22:38 2 Aprel 2019

Topaz Premyer Liqasının XXIII turunun "Sumqayıt” – "Keşlə”, 1-ci divizionun 21-ci turunun "Keşlə-2” – "Turan Tovuz” oyunlarının hakim təyinatlarında dəyişiklik edilib.

 

Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, hakim və hakim-inspektorlar üzrə komitənin Peşəkar Futbol Liqasına təqdimatına əsasən "Sumqayıt” – "Keşlə” qarşılaşmasında Namiq Hüseynovu Vüqar Bayramov, "Keşlə-2” – "Turan Tovuz” görüşündə isə Vüqar Bayramovu Teymur Teymurov əvəz edib.

 

Qeyd edək ki,  "Keşlə-2” – "Turan Tovuz”  matçı aprelin 5-i,   "Sumqayıt” – "Keşlə”  oyunu isə aprelin 6-ı keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti