İngiltərə Premyer Liqasını tərk edəcək daha bir klub müəyyənləşib.
Sportarena.az xəbər verir ki, çempionatın 33-cü turunda səfərdə “Uotford”a 1:4 hesabı ilə məğlub olan “Fulhem”in Premyer Liqa ilə vidalaşacağı dəqiqləşib.Daha öncə “Haddersfild”in Premyer Liqanı tərk edəcəyi dəqiqləşmişdi.
Qeyd edək ki, “Fulhem” ötən mövsüm Çempionşipdən Premyer Liqaya yüksəlmişdi.