"CBC Sport”un daimi eksperti Aslan Kərimovun bu telekanalla yolları ayrılıb.
Sportarena.az xəbər verir ki, sabiq futbolçu rəhbərliklə fikir ayrılığı üzündən işini itirib.Son günlər Aslanı efirdə görməməyimiz təsadüfi deyil. Onun milli komandanın son oyunları barədə şərhləri AFFA-da bəzi adamların xoşuna gəlməyib. Reallığı danışan, biabırçı heç-heçəni malalamayan Kərimov buna görə "cavab verməli olub”. Assosiasiyanın sahiblərindən olduğu "CBC Sport” onunla əməkdalığı dayandırıb.
Bu işinə görə 2000 manat maaş alan Kərimov hazırda AFFA-dakı məşqçi kurslarına rəhbərlik edir. Onun bu postdan da uzaqlaşdırılacağı deyilir.
Mənbə: futbolinfo.az