17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, sözügedən post Vüqar Məmmədə həvalə olunub. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, AFFA-nın Məşqçilər Komitəsinin tövsiyəsinə uyğun olaraq, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsi Vüqar Məmmədə həvalə olunub.