AFFA Premyer Liqa klublarını cərimələdi

14:49 3 Aprel 2019

 Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, komitə üzvləri Topaz Premyer Liqanın XXII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

 

"Zirə” - "Səbail” matçında  "Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

 

Təcili tibbi yardımın nümayəndəsi oyunöncəsi iclasda iştirak etmədiyinə görə meydan sahibi klub 800 manat cərimə olunub.

 

"Qəbələ” – "Sabah” matçının 90+1-ci dəqiqəsində "Sabah” klubunun futbolçusu Kərim Diniyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

 

"Sumqayıt” – "Qarabağ” matçının 84-cü dəqiqəsində "Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydana yad əşyalar atıldığına görə klub 1600 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti