AFFA İntizam Komitəsi "Neftçi”nin U-16 komandasının baş məşqçisi Mirbağır İsayevi cəzalandırıb.
Sportarena.az xəbər verir ki, buna mütəxəssisin U-16 Liqasının "Gəncə” klubu ilə oyununda hakimlər briqadasını təhqir etməsi səbəb olub.
Bu hərəkətinə görə texniki zonadan kənarlaşdırılan M. İsayev 5 oyunluq diskvalifikasiya olunub.