AFFA bu klubu liqadan kənarlaşdırdı

15:26 3 Aprel 2019

Futzal üzrə Azərbaycan Yüksək Liqasında çıxış edən “Yasamal” MFK komandası yarışlardan kənarlaşdırılıb.

 

Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bununla əlaqədar qurumun İntizam Komitəsi qərar çıxarıb. Səbəb kimi paytaxt təmsilçisinin bu mövsüm üç oyunda iştirak etməməsi göstərilib. Komanda son olaraq XXIV turda "Araz"la qarşılaşmada iştirak etməyib və buna görə texniki məğlubiyyət alıb.

 

Qeyd edək ki, Yasamal” MFK-nın kənarlaşdırılmasından sonra Yüksək Liqada cəmi 5 komanda qalıb. Qalan 4 turda bu komanda ilə qarşılaşmalı olan klublara texniki qələbə veriləcək.


Digər xəbərlər

Xəbər xətti