İtaliyalı futbol hakimi Klaudia Romani vətəndaşlığını dəyişib.
Sportarena.az fanat.az-a istinadən xəbər verir ki, hakimliklə yanaşı modellik də edən italiyalı gözəl ABŞ vətəndaşlığı alıb. O, yeni vətəndaşlığını ABŞ bayrağı önündə çəkdirdiyi fotolarla qeyd edib.
Mayami sahillərində baş tutan çəkilişdə Klaudia ABŞ bayrağının rənglərinə uyğun alt paltarı geyiinib.
Qeyd edək ki, 36 yaşlı model indiyədək FHM, CQ, "Maxim" kimi dərgilər üçün çəkilişlərə qatılıb. 6 dildə danışa bilən Romaninin "Instagram"da 950 min izləyicisi var.