I Divizion: "Qarabağ" liderə uduzdu

23:20 4 Aprel 2019

I divizionda XXI tura start verilib.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə 3 matç baş tutub.Lider MOİK "Qarabağ-2"ni qəbul edib və 2:1 hesabı ilə qalib gəlib. "Neftçi-2" "Ağsu"nu məğlub edib - 4:1. "Kəpəz" - "Zirə-2" görüşündə qolsuz bərabərlik qeydə alınıb.

 

Qeyd edək ki, turun qalan oyunları sabah keçiriləcək.

 

I divizion

2018/19 mövsümü

II dövrə, XXI tur

 

4 aprel

Kəpəz - Zirə-2 0:0

 

Neftçi-2 - Ağsu 4:1

Qollar: Əlibəy Məmmədli, 12; 72. Elnur Süleymanov, 60. İsmayıl Zülfüqarlı, 79 - Ruslan Mirzəliyev, 54.

 

MOİK - Qarabağ-2 2:1

Qollar: Raul Yaqubzadə, 61. Bahadur Həziyev, 81 - Cavid Bayramov, 24. 


Xəbər xətti