Bildiyiniz kimi, U-16 liqasnın "Neftçi" - "Kəpəz" matçında hakimləri təhqir edən "Neftçi"nin baş məşqçisi Mirbağır İsayev 5 oyunluq cəzaya məruz qalıb.
Sportarena.az rekord.az-a istinadən xəbər verir ki, məşqçinin bu hərəkəti təmsil etdiyi klubda da xoş qarşılanmayıb.
Əldə etdiyimiz məlumata görə, "Neftçi" rəhbərliyi bu hərəkətinə görə İsayevə ciddi irad bildirib və xəbərdarlıq edib. Bir də belə hal yaşansa məşqçiyə qarşı klub daxilində ciddi tədbir görüləcək.