Topaz Premyer Liqasında 22-ci turun rəmzi komandası açıqlanıb.
Sportarena.az xəbər verir ki, "InStat" şirkətinin təhlilinə əsasən, ən yaxşı 11-likdə "Qarabağ"dan 8, "Qəbələ", "Zirə" və "Səbail"dən isə 1 futbolçu yer alıb.
Qapıçı: Vaqner da Silva (“Qarabağ”)
Müdafiəçilər: Donald Qerye (“Qarabağ”)-4, Bədavi Hüseynov (“Qarabağ”)-5, Voislav Stankoviç (“Qəbələ”)-5, Maksim Medvedev (“Qarabağ”)-3
Yarımmüdafiəçilər: Abdullah Zubir (“Qarabağ”)-7, Aleksandr Dedov (“Zirə”), Filip Ozobiç (“Qarabağ”)-8, Dani Kintana (“Qarabağ”)-6
Hücumçular: Ağabala Ramazanov (“Səbail”)-2, Mahir Mədətov (“Qarabağ”)-5
Qeyd edək ki, futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.