Almaniyanın III Bundesliqasında 32-ci tura start verilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” evdə "SV Meppen"lə 1:1 hesablı heç-heçə edib.
Zədəsini yeni sağaldan Dadaşov start heyətdə meydana çıxıb və sona kimi oynayıb.
Qeyd edək ki, "Proyssen" 42 xalla 10-cu pillədə qərarlaşıb.