Azərbaycan cüdoçusu beynəlxalq turnirdə bürünc medal qazandı

12:54 6 Aprel 2019

Türkiyənin Antalya şəhərində cüdo üzrə beynəlxalq “Qran-Pri” yarışına start verilib.

 

Sportarena.az xəbər verir ki, turnirin ilk günündə Azərbaycan millisi hesabına bir medal yazdırıb.Qadınlar arasında 52 kiloqram çəki dərəcəsində mübarizə aparan Gültac Məmmədəliyeva yalnız bir görüşdə uduzaraq bürünc medal qazanıb. Azərbaycan cüdoçusu üçüncü yer uğrunda görüşdə olimpiya çempionu, braziliyalı Sara Menezeşi məğlub edib.

 

Qeyd edək ki, Antalya “Qran-Prisi”ndə 75 ölkədən 485 (297 oğlan, 188 qız) cüdoçu mübarizə aparır. Beynəlxalq turnirə aprelin 7-də yekun vurulacaq.


Digər xəbərlər

Xəbər xətti