"Qəbələ"nin 7 futbolçusu 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına çağırılıb.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azər Məmmədhəsənzadə, Emil Süleymanov, İbrahim Ramazanov, İxtiyar Məmiyev, Nuğay Rəşidov, Sahil Həsənov, Sərxan Mirzəzadə milli komandanın təlim-məşq toplanışına qatılacaqlar.
Qeyd edək ki, yığma aprelin 7-dən Bakıda 13-dək hazırlıq keçəcək.