Qadınlardan ibarət Azərbaycan millisi bu gün növbəti yoldaşlıq görüşünə çıxıb.
Sportarena.az xəbər verir ki, yığmamız yenə Estoniya ilə qarşılaşıb."Dalğa Arena”da baş tutan oyunu FİFA referisi Əliyar Ağayev idarə edib. Görüş qolsuz bərabərliklə nəticələnib.
Qeyd edək ki, bu komandalar arasında aprelin 3-də keçirilən matçda qonaqlar 1:0 hesablı qələbə qazanmışdı.