"Belə oyun haqda danışmağa söz tapmıram. Autsayderlərin oyunu olduğu üçün üzərimizdə həddindən artıq təzyiq vardı. Zədəlilər də bir tərəfdən".
Sportarena.az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının XXIIl turunda səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Baş məşqçi bildirib ki, futbolçuları məğlub psixologiyası var və onları dəyişməkdə çətinlik çəkir: "Burada komandanı düzəltməkdə çətinlik çəkdim. Etiraf edim ki, bacarmadım".
Tərlan Əhmədov istefa verib-verməyəcəyi ilə bağlı sualı cavablandırıb: "Rəhbərliklə danışacam. Hər şey ola bilər. Əvvəl işlədiyim yerlərdə alınırdı, burda mümkün olmadı. Rəhbərliklə danışıb, qərar verəcəyik. Bu mövsüm mənə qədər 2 baş məşqçi dəyişib. Yayda komandaya yetərincə yaxşı futbolçular cəlb etmək lazım idi. Qışda da cəmi 6 oyunçu götürdük".
Baş məşçqi bildirib ki, səhvləri analiz etsələr də, nəticə əldə etmək olmur: "AZAL-da komandanı özüm qurmuşdum. Orda pul da olmasa, mənə görə canların qoyurdular. Burada həmin komandanı qura bilmədim. Bəlkə qalan 5 turda kimsə bunu bacara bilər".