“Shamkir Chess 2019”: Şəhriyar Məmmədyarov yenə uduzdu

11:44 7 Aprel 2019

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş ənənəvi “Shamkir Chess 2019” superturnirində bir günlük istirahətdən sonra VI turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, milli komandamızın şahmatçıları bu dəfə də lazımı nəticəni göstərə bilməyiblər. Belə ki, qrossmeysterlərimizdən Şəhriyar Məmmədyarov qara fiqurlarla bolqarıstanlı sabiq dünya çempionu Veselin Topalova uduzub.

 

Teymur Rəcəbov isə altıncı matçında altıncı heç-heçəsini edib. O bu dəfə Aleksandr Qrişukla xalları yarı bölüb. Maqnus Karlsenin heç-heçə etməsindən isə Sergey Karyakin məharətlə istifadə edib. Rusiyalı qələbə sayəsində liderlikdə norveçliyə şərik olub. 

 

VI tur

Veselin Topalov (Bolqarıstan, 2740) – Şəhriyar Məmmədyarov (Azərbaycan, 2790) 1:0

Dinq Liren (Çin, 2812) – Maqnus Karlsen (Norveç, 2845) 0,5:0,5

Aniş Qiri (Niderland, 2797) – David Navara (Çexiya, 2739) 0,5:0,5

Sergey Karyakin (Rusiya, 2753) – Vişvanatan Anand (Hindistan, 2779) 1:0

Aleksandr Qrişuk (Rusiya, 2771) – Teymur Rəcəbov (Azərbaycan, 2756) 0,5:0,5

 

Turnir cədvəli: Karlsen, Karyakin – 4, Anand, Navara, Liren, Topalov, Rəcəbov, Qrişuk – 3, Məmmədyarov, Qiri – 2.

 

Qeyd edək ki, doqquz turdan ibarət turnir aprelin 9-da başa çatacaq.


Digər xəbərlər

Xəbər xətti