"Asan oyun olmadı. Meydana daxil olandan dərhal sonra komandamızın üçüncü qolunu vurdum. Buna görə çox şadam”.
Sportarena.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Namiq Ələskərov deyib.
Topaz Premyer Liqasının XXIII turunda "Neftçi” "Zirə”ni qəbul edib. Komandasının 4:2 hesablı qələbəsinə bir qolla töhvə verən yarımmüdafiəçi fikirlərini klub saytı ilə bölüşüb:
"Bir az əvvəl qol buraxmışdıq. Buna görə də oyunun tərzi dəyişməliydi. Bu mənada əvəzetmə yerinə düşdü. Əsas odur qələbə qazandıq. Sevinirəm ki, bunda mənim də payım oldu”.