Premyer Liqanın XXIII turunda "Zirə"ni 4:2 hesabı ilə yenən "Neftçi" ciddi itki ilə üzləşib.
Sportarena.az xəbər verir ki, baş məşqçi Roberto Bordin komandanı meydana kapitan kimi çıxarmış Emin Mahmudovun xidmətindən məhrum olub.
Belə ki, 26 yaşlı yarımmüdafiəçi cəzalı duruma düşüb. Qarşılaşmanın 90-ci dəqiqəsində sarı vərəqə alan Emin limiti doldurub. Cari mövsümdə 4-cü dəfə "sarı" alan millimizin üzvü bu səbəbdən XXIV turun "Səbail"lə oyununda forma geyinə bilməyəcək.
Qeyd edək ki, Emin bu mövsüm 28 rəsmi oyuna çıxaraq 9 qol vurub və 6 məhsuldar ötürmə edib.