"Zirə” klub tarixində 200-cü qolu vurub.
Sportarena.az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, bu qol Topaz Premyer Liqasının XXIII turuna təsadüf edib.
"Bakcell Arena”da "Neftçi” ilə qarşılaşan "qartallar”ın bu oyunda (2:4) vurduğu ikinci qol yubiley xarakteri daşıyıb. Bu topa penaltini dəqiq yerinə yetirən Mfo Kqasvane imza atıb.
2014-cü ildə yaradılan "Zirə” indiyədək 161 oyun keçirib. Bu matçlarda 200 qol vuran komandanın orta məhsuldarlığı 1,24-ə bərabərdi.
Bu qollardan 125-i Premyer Liqa, 55-i I divizion, 15-i Azərbaycan Kuboku, 5-i Avropa Liqasına təsadüf edib. "Zirə” evdə 110, səfərdə 90 dəfə fərqlənib.