Sənan Qurbanov: "İndi bunun acısını çəkirik"

16:58 7 Aprel 2019

"Oyuna hazırlaşmaqla bağlı iradım yoxdu, Futbolçular oyuna yaxşı hazırlaşmışdılar. Rəqibin təhlükəli olduğu mövqeləri məsuliyyətlə, diqqətlə izləyirdilər".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Premyer Liqanın XXIII turunda evdə "Qarabağ"a 1:2 hesabı ilə məğlub olduqları matçdan sonra deyib.

 

Gənc mütəxəssis hücum xəttindəki Ceyms Adeniyi və Stiven Monrozun zəif təsir bağışlamaları ilə razılaşmayıb. Onun fikrincə, hər iki legioner verilən tapşırıqları yerinə yetirə bilib: "Əlbəttə, hər ikisi bundan yaxşı oynaya bilərlər. Amma sonda məğlub olmuşuqsa, deməli bütün komanda uduzub". 

 

Məğlubiyyəti şərh edən çalışdırıcı nəticədən razı qalmasa da, futbolçularının oyunundan razılığını bildirib: "Bəzi epizodlar qane etdi. Əlbəttə, daha yaxşı oynaya bilərlər. Amma sonda məğlub olduqsa, deməli təkcə onlar deyil, hamımız haradasa səhv eləmişik. Mən öz işimi maksimum yerinə yetirirəm. Çempionatın əvvəlində bəxt səbəbindən çox xallar itirdik. İndi bunun acısını çəkirik. Nəticədən isə narazıyam. Hər oyuna fərqli tapşırıqlarımız var. "Sabah”la görüşü saymasaq, komandadan narazılığım yoxdu".


Digər xəbərlər

Xəbər xətti