Mövsümdə ikinci: Yenə eyni cütlər

13:41 8 Aprel 2019

Topaz Premyer Liqasının XXIII turu yüksək məhsuldarlıqla əlamətdar olub. 

 

Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, baş tutan dörd oyunda 16 qol vurulub. "Neftçi” - "Zirə” (4:2), "Sumqayıt” - "Keşlə” (2:1), "Qəbələ” - "Qarabağ” (1:2) və "Sabah” - "Səbail” (3:1) matçlarının keçirildiyi turda orta məhsuldarlıq 4-ə bərabər olub.

 

Bu, cari mövsümün ikinci göstəricisidi. Yalnız XI turda daha çox - 17 qol vurulmuşdu. Maraqlıdı ki, orta məhsuldarlığın 4,25 olduğu həmin turda da eyni cütlər üz-üzə gəlib. 2018-ci il oktyabrın 10-11-ni əhatə edən turda "Neftçi” - "Zirə” (2:2), "Sumqayıt” - "Keşlə” (1:4), "Qəbələ” - "Qarabağ” (1:3) və "Sabah” - "Səbail” (0:4) qarşılaşmaları keçirilmişdi.


Digər xəbərlər

Xəbər xətti