Bu həftənin bazar ertəsi "Xəzər TV"-də "Futbol saatı" verilişinin növbəti buraxılışı yayımlanıb.
Sportarena.az xəbər verir ki, qonaqlar "Sabah" klubunun idman direktoru Emin Abbasov və daimi ekspert Ceyhun Rzayev olub. Sənan Abdullayevin təqdimatında efirə gedən verilişdə "Sabah" klubu ilə bağlı maraqlı müzakirələr gedib. Bundan əlavə, Premyer Liqanın 23-cü turunun oyunları da müzakirə olunub.