Milli komandamızın üzvü Dmitri Nazarov karyerasını İtaliyada davam etdirməyə yaxındı.
Sportarena.az xəbər verir ki, II Bundesliqa təmsilçisi "Aue"nin formasını geyinən hücumu hazırda B Seriyasında çıxış edən "Peskara"ya keçməyə hazırlaşır.
Məlumata görə, klubla futbolçu arasında danışıqlar yekunlaşmaq üzrədi. Yeganə problem Nazarovun "Aue" ilə 2021-ci ilin yayınadək müqaviləsinin olmasıdı. Almaniya klubunun onun üçün 600 min avro tələb edəcəyi deyilir.