Avropa Liqasının ¼ final mərhələsinin ilk matçlarında ən bol qollu oyun “Benfika” və “Ayntraxt” arasında baş tutub.
Sportarena.az xəbər verir ki, 6 qolun vurulduğu oyunda “Benfika” 4:2 hesabı ilə qalib gəlib.Matça 19 yaşlı Joa Feliks damğa vurub. 3 qol vuran gənc hücumçu komandasının qələbəsində əsas pay sahibi olub.