Futzal üzrə Azərbaycan milli komandası Latviya yığması ilə yoldaşlıq oyunu keçirib.
Sportarena.az xəbər verir ki, Liepaya şəhərindəki Nikas idman zalında keçirilən oyunu İnqus Purins, Eduard Ratkujins və Armand Bucisdən ibarət hakimlər briqadası idarə edib.
Qarşılaşma millimizin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Teles Thaqonun dubl etdiyi oyunda digər qolu Vitali Borisov vurub.
Bu komandalar arasında növbəti oyun aprelin 12-də Bakı vaxtı ilə saat 19:00-da keçiriləcək.