“Fənərbaxça” Kosovo millisinin üzvünü transfer edir

17:07 12 Aprel 2019

Uğursuz mövsüm keçirən Türkiyənin “Fənərbaxça” klubu yay transfer planlarını qurur.

 

Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi “Çaykur Rizəspor”un hücumçusu Vedat Muriki ilə anlaşıb. “Sarı-lacıvərdlilər” hazırda futbolçunun klubu ilə danışıqlar aparır. Transferin digər detallarında problem olmasa, Kosovo yığmasının futbolçusu üçün 3 milyon avro ödəniləcək.
 


Qeyd edək ki, 24 yaşlı futbolçu cari mövsüm Super Liqada 12 qol vurub, 7 assist edib.


Digər xəbərlər

Xəbər xətti