“Fənərbağça”nın əfsanəsi dünyasını dəyişdi

00:38 13 Aprel 2019

Türkiyə futbolunun və “Fənərbağça” klubunun əfsanəvi futbolçusu Can Bartu vəfat edib.

 

Sportarena.az xəbər verir ki, “Sinyor” ləqəbli keçmiş futbolçu 83 yaşında həyata gözlərini yumub.

 

Qeyd edək ki, karyerasına basketbolla başlayan Can Bartu 6 dəfə Türkiyə millisində çıxış edib. Daha sonra futbola keçən “Sinyor” “Fənərbağça”, “Fiorentina”, “Venesiya”, “Latsio” kimi klublarda 430 oyunda 176 qola imza atıb.

 

Futbolçu karyerası bitdikdən sonra isə idman yazarı işləyib. “Fənərbağça” 2009-cu ildə Samandıra Kamp Mərkəzinə Can Bartunun adını verib.


Digər xəbərlər

Xəbər xətti