Avropa Liqasında həftənin ən yaxşı futbolçusu açıqlanıb.
Sportarena.az xəbər verir ki, UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən sorğunun qalibi "Benfika"nın yarımmüdafiəçisi Joao Feliks olub.
O, səsvermədə Aaron Remzi ("Arsenal”), Villian ("Çelsi”) və Qonsalo Quedeşi ("Valensiya”) qabaqlayıb.
Qeyd edək ki, Feliks "Ayntraxt"a 4:2 hesabı ilə qalib gəldikləri görüşdə 2 qol vurub və 1 məhsuldar ötürmə verib. 19 yaşlı futbolçu bununla da Avroliqada het-trik edən ən gənc oyunçu olub.